İstanbul boğazında yük və sərnişin gəmiləri toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş Müdirliyi açıqlayıb.
Qeyd olunub ki, boğazın Yenikapı ərazisinin qarşısında "Kevalay Queen" adlı 147 metr uzunluğunda sərnişin gəmisi ilə "Kapitan Adam 1" adlı 103 metr uzunluğundakı ümumi yük gəmisi toqquşub.
Əraziyə xilasetmə qayıqları yönəldilib. Qəzada hər iki gəmiyə ziyan dəyib.
Digər təfərrüatlar açıqlanmır.
Ağarza Elçinoğlu