Çinin Çongqing şəhərində ata sevgilisinə görə azyaşlı oğlunu öldürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Zhang Bo həyat yoldaşından boşandıqdan sonra Ye Chengcheng ilə münasibətə başlayıb. Bir müddət sonra cütlük evlənmək qərarına gəliblər.  Lakin kişi qadına ondan əvvəl evli və bir oğlu olduğunu deməyib. 

Hadisədən xəbər tutan Ye Zhangdan ayrılmaq qərarına gəlib. Lakin ata boşandığını və keçmiş xanımı ilə əlaqə saxlamadığını bildirsə də,  Ye  1 yaşlı oğlanın onların evliliyinə mane olacağını deyib.  Kişi bundan sonra övladını 15-ci mərtəbədəki mənzilindən atıb. Polis hadisənin ehtiyatsızlıqdan olduğuna inanmayıb və  araşdırma aparıb. Çox keçməyib ki,  cinayətin üstü açılıb.  Ata və sevgilisi  məhkəməyə  çıxarılıb. 

Zhang və Ye ölüm cəzasına məhkum ediliblər.

Seymur Əli