Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İsrailin intensiv bombardmanları altında işğal olunmuş Fələstin ərazilərində çalışan bütün jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

“Unikal” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlama yayıb. Məruzəçilər mətbuat işçilərinin öldürülməsini və susdurulmasını pislədiklərini bildirərək, yazılı açıqlamalarında HƏMAS-In 7 oktyabrda törətdiyi mənfur hücumdan sonra İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar jurnalistlər üçün yaxın tarixin ən ölümcül və ən təhlükəli qarşıdurmasına çevrildiyini vurğulayıblar.

Zərifə Nağıyeva