ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ABŞ-yə səfərə dəvət edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb. 

“Türkiyə-Amerika münasibətlərində böhran yoxdur. Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Türkiyə-Amerika münasibətlərindəki ab-hava dəyişdi. İş o yerə çatıb ki, biz F-16-nın (Türkiyəyə) satışının təsdiq edilib-edilməyəcəyi barədə danışarkən ABŞ bizim F-35 layihəsinə qayıtmağımız məsələsini gündəmə gətirib”, – nəşr yazır.

Qəzet qeyd edir ki, ABŞ öz “xoş niyyəti” ilə daha da irəli gedərsə və təklif irəli sürərsə, regionda yeni vəziyyət yaranacaq.

Gülayə Mecid