Rusiyalı iş adamı İqor Çurkinin oğlu Argentinada saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu məlumat yayıb. 

Məlumata görə, Rusiya Federasiyasının sakini Ukraynada cinayət törətməkdə şübhəli bilinir.

Argentina polisi Dövlət İstintaq Bürosu tərəfindən toplanmış sübutlar əsasında Çurkinin oğlunu saxlayıb. Saxlanılan şəxs dövlət bankı hesabına Ukraynadakı aktivlərini saxlamağa cəhd edib.

Ağarza Elçinoğlu