Ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələdə 53 min 537 nəfər həlak olub.  

"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. 

Nazir zəlzələdən sonra görülən işlərlə bağlı məlumatlandırma toplantısında bildirib ki, dağıdıcı təbiət hadisəsi nəticəsində 107 min 213 vətəndaş yaralanıb: "150 min yardım maşını göndərildi. Millətimiz bütün yaraları sağaltmaq üçün mübarizə apardı. Əsrin fəlakəti əsrin həmrəyliyinə çevrildi. Ümumilikdə 650 min personal çalışıb. Zəlzələlərdə 38 min 901 bina dağılıb".

Ağarza Elçinoğlu