Keniyanın Nayrobi şəhərindəki yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. 

"Unikal" xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, azı 222 nəfər yaralanıb.

Keniya hökumətinin sözçüsü İsaak Mvaura bu barədə "X" hesabında yazıb: "İki keniyalı Nayrobi Qərb Xəstəxanasında müalicə alarkən ölüb. Bundan əlavə, yanğın nəticəsində daha 222 nəfər xəsarət alıb və müxtəlif xəstəxanalara yerləşdirilib."

Qeyd edək ki, fövqəladə hadisə fevralın 2-nə keçən gecə qaz daşıyan avtomobilin partlaması nəticəsində baş verib. Bundan sonra başlayan yanğın qısa zamanda yaxınlıqdakı tikililərə keçib, alov geyim və tekstil mağazasını, eləcə də yaşayış binalarını əhatə edib. 

Ağarza Elçinoğlu