ABŞ ordusu Yaxın Şərqdə ABŞ hərbçilərinə qarşı hücuma cavab olaraq bu həftə sonu İraq və Suriyadakı İran hədəflərinə və hərbi personalına zərbələr endirməyə başlaya bilər.

"Unikal" xəbər verir ki,  bu  barədə "Wall Street Journal" nəşri məlumat yayıb. 

"Cavabın bu həftə sonu başlayacağı gözlənilir", - KİV yazıb. 

Adını açıqlamayan ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqtonun tədbirləri “çox səviyyəli” olacaq. Hərbi əməliyyatın ABŞ-nin daha da eskalasiya istəmədiyinə dair siqnal göndərmək üçün düzəldə biləcəyi digər addımlarla birləşdirilməsi planlaşdırılır.

Gülayə Mecid