israilin Suriyanın paytaxtı Dəməşqin cənubundakı bəzi nöqtələrə hava zərbələri endirdiyi bildirilib.

"Unikal" xəbər verir ki, bu barədəSuriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. 

Məlumatda, "Havadan müdafiə sistemlərimiz işğal altındakı Qolan təpələrindən gələn düşmən raketlərini ələ keçirib və bəzilərini vurub. Hücum nəticəsində zərər dəyib" deyilir. 

İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.