Türkiyənin Kırıkkale şəhərində yük qatarı relsdən çıxaraq aşıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Hadisə Ankara-Kırıkkale dəmir yolunda baş verib. Qatar relslərinin üzərindəki istinad divarının uçması nəticəsində dolğu materialı relslərin üzərinə axıb.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.