Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq etdi. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova deyib.

Deputatın sözlərinə görə, Ermənistan artıq bu müdafiəyə ehtiyac olmadığını düşünür: "Guya indi silahlıdır. Amma Ermənistan bizə hərbi əməkdaşlıq tələbi ilə qayıdacaq". 

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni ittiham etmişdi. 

Ağarza Elçinoğlu