İran müharibəyə başlamaq istəmir, amma kim onu ​​təhdid etmək istəsə, sərt cavab verəcək. 

"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Hörmüzqan əyalətində bildirib.

Onun sözlərinə görə, İranın hərbi qüdrəti regionun heç bir ölkəsi üçün təhlükə deyil: "Bizim gücümüz region ölkələrinin arxalana biləcəyi təhlükəsizliyin təminatıdır. Hərbi alətlər bizim hərbi qüdrətimizin bir hissəsidir. Başqa ölkələrin müsəlman İranı təhdid dili ilə danışmaq və ya hərbi ssenari ilə qorxutmaq istədikləri günlər geridə qaldı. İran onu təhdid edənlərə kəskin cavab verəcək". 

Ağarza Elçinoğlu