Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) taleyi ilə bağlı baxışı Rusiyanın baxışına uyğundur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib. 

Baş nazirin sözlərinə görə, Moskva İrəvana səslənən təklifləri həyata keçirməyə kömək etməyə hazırdır: "Yanvar ayından Birliyin orqanlarında sədrlik funksiyaları Ermənistana keçib. Hörmətli Nikol Vovayeviç, mən erməni həmkarlarıma uğurlar arzulayıram. Biz inteqrasiyanın gələcək inkişafı üçün Sizin təklif etdiyiniz prioritetləri diqqətlə öyrənmişik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Biz, əlbəttə ki, onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq".

Ağarza Elçinoğlu