Türkiyənin tanınmış yazıçısı Alev Alatlı 79 yaşında dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, 2014-cü ildə Türkiyə Prezidentinin Mədəniyyət və İncəsənət üzrə Ali Mükafatına layiq görülən yazıçı bir müddət idi ki, xəstəxanada müalicə alırdı. 

Alatlı sabah son mənzilə yola salınacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıçının ölümü ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir: 

"Ölümünü dərin hüznlə öyrəndiyimiz müəllimimiz Alev Alatlıya Allahdan rəhmət diləyirəm.

Ölkəmizin son dövrlərdə yetişdirdiyi, tarixdən bu günə və gələcəyə təkliflər irəli sürə, perspektivlər təqdim edə bilən, Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatının sahibi olan ziyalılarımızdan Alev Alatlı müəllimimiz əsərləri və ideyaları ilə aramızda yaşamağa davam edəcək. 

Dəyərli Alev xanımın ailəsinə, sevənlərinə, oxucularına və xalqımıza başsağlığı verirəm".

Nuranə Abbasova