Bir ildir itkin düşən çinli milyarder bankir Bao Fan, öz bankı China Renaissance Holdings-dəki bütün vəzifələrindən istefa verib.

"Unikal" xəbər verir ki, Çində China Renaissance investisiya bankı 16 fevral 2022-ci ildə təsisçisi Bao Fandan heç bir xəbər olmadığını açıqlamışdı. 

Bankdan verilən açıqlamada, Bao Fanın “səhhətindəki problemlər və ailəsi ilə daha çox vaxt keçirmək istəməsi” səbəbindən vəzifəsindən istefa verdiyi qeyd edilib. Bəyanatda həmçinin qeyd olunub ki, həmtəsisçi Xie Yi Jing Baonun yüksək səviyyəli vəzifələrini öz üzərinə götürəcək, lakin indiyədək Baonun harada olduğu ilə bağlı heç bir açıqlama verilməyib.

Baonun keçən ilin fevralında yoxa çıxması Çin iş dünyasını şoka salmışdı. Bir neçə gün sonra China Renaissance, milyarder bankirin prokurorluq və onu araşdıran orqanlarla əməkdaşlıq etdiyini açıqlanmışdı.