Rumıniya azyaşlı anaların sayına görə Aİ-yə üzv ölkələr arasında birinci yerdədir.

"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Milli Statistika İnstitutunun məlumatına görə, təkcə Rumıniyada 2022-ci ildə 7,1 min uşaq 18 yaşa qədər, 687 uşaq isə 15 yaşa qədər analar tərəfindən dünyaya gətirilib.

Mütəxəssislər bunun səbəbləri arasında tibbi təhsilin olmaması, yoxsulluq və ailə problemlərini qeyd edirlər. Rumıniyada hər 10 yeniyetmə anadan 8-i məktəbi tərk edir, hər 10 anadan 4-ü hamiləlik dövründə ginekoloqa müraciət etmir.

Xüsusilə Botosani qraflığında (ölkənin şimal-şərqində) hər il 100-ə yaxın azyaşlı ana uşaq dünyaya gətirir. Təkcə ötən yanvar ayında burada azyaşlı analardan altı uşaq dünyaya gəlib, onlardan ikisinin cəmi 15 yaşı olub. 

Nuranə Abbasova