Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya Müdafiə Nazirliyinə məxsus pilotsuz uçuş aparatını (PUA) satmaq istəyən hərbçini saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Təhlükəsizlik əməkdaşları marketlərdən birində şübhəli elan tapıblar. Elan sahibi 400 min rubla kvadrokopter almağı təklif edib. Yoxlama zamanı cihazın seriya nömrəsi öyrənilib və onun Müdafiə Nazirliyinin balansında olduğu müəyyən edilib. 

Hərbçi sınaq alış-verişi zamanı saxlanılıb. Məlum olub ki, o, orduda dronların saxlanmasına cavabdeh olub.

Nuranə Abbasova