Santa Maria kilsəsinə edilən silahlı hücumdan sonra növbəti hədəfin Müqəddəs Antoni Katolik Kilsəsi olduğu vurğulanıb. 

"Unikal" xəbər verir ki, İstanbulun Sarıyer Santa-Mariya kilsəsinə bazar günü ayini zamanı silahlı basqın olub və bir nəfər ölüb.

Tuncer Murat Cihanın həyatını itirdiyi hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. İstanbul Təhlükəsizlik Müdirliyi qrupları atəş açanların da aralarında olduğu 60 nəfəri nəzarətə götürüb, şübhəlilərdən 26-sı deportasiya olunmaq üçün deportasiya mərkəzinə göndərilib.

Qalan 34 şübhəlidən 25-i həbs edilib, 9 şübhəli barəsində isə məhkəmə nəzarəti qərarı verilib.

İstanbulun Sarıyer rayonunda törədilən hücumdan sonra Beyoğludakı Müqəddəs Antoni Katolik Kilsəsinə üzərində Kəbə və türk bayrağı olan məktub göndərilib.İstanbulun ən böyük və ən sıx məskunlaşdığı katolik kilsəsi olan Saint Antuana göndərilən bu məktub Santa Mariadakı silahlı hücumun faylına əlavə edilib. Hər iki hadisənin əlaqəli olduğu açıqlanıb.