Amerikalı milyarder Piter Til dopinqdən istifadə edən idmançılar üçün “steroidlər üzrə Olimpiya Oyunları”nı maliyyələşdirməyə hazır olduğunu bildirib.

"Unikal" “New York Post”a istinadən xəbər verir ki, oyunların hər il keçiriləcəyi və yarışa 5 növ yarışın daxil olacağı güman edilir: üzgüçülük, gimnastika, ağır atletika, yüngül atletika və döyüş sənətləri.

Qəzetin qeyd etdiyi kimi, oyunların məqsədlərindən biri insan fəaliyyətini yaxşılaşdıran müxtəlif əlavələr üzərində araşdırmaları təşviq etməkdir.