Çilinin Valparaiso bölgəsində meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Qabriel Boriç bildirib.

Ölənlərdən 6-sı xəstəxanalarda dünyasını dəyişib. 

Faciə qurbanlarının sayının artacağı istisna edilmir. 

*** 00:55

Çilinin mərkəzi və cənub hissələrini əhatə edən meşə yanğınlarında 19 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, ölkənin daxili işlər naziri Karolina Toha yanğınlarla bağlı keçirdiyi mətbuat konfransında ölənlərin sayının daha da arta biləcəyini söyləyib. O, indiyə qədər 43 min hektar ərazinin yanaraq külə döndüyünü qeyd edib.

***17:50

Çilidə ölkənin mərkəzində sürətlə yayılan və artıq azı 10 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə "France24" məlumat yayıb. 

Bildirilir ki, Çilidə, əsasən, turizm bölgələri olan Vina del Mar və Valparaisoda ona yaxın yanğınlar tüğyan edir. Yanğın artıq minlərlə hektar meşəni məhv edib - Milli Meşə Təsərrüfatı Administrasiyasının məlumatına görə, təkcə Valparaisoda təxminən 7 min hektar ərazi yanıb. Sahil şəhərləri tüstüyə bürünüb, insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar.