Türkiyənin Ədirnə şəhərində dəhşətli ailə faciəsi baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  41 yaşlı kişi  boşanma prosesində olduğu həyat yoldaşını və qayınatasını güllələyib. O, hadisəni törətdikdən sonra yaralıları boş tarlaya aparıb və  intihara cəhd edib. Başından ağır yaralanan B.N və digər yaralılar xəstəxanaya çatdırılıb. B.N-nin vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə ilə bağlı istintaq davam edir.