Gənclər "iqtisadi ümidsizlik" içindədirlər. Bahalı brendlərin yüksək qiyməti Z və Y nəsillərinin nümayəndələri arasında dəbdəbəli mallara düşünülməmiş xərcləmələrə səbəb olur.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Cəmiyyətdəki iqtisadi hadisələri araşdıran tədqiqatçılar düşünülməmiş xərclərin meydana çıxmasından danışıblar. 

"Stress gəncləri “maliyyə ümidsizliyinə” sürükləyib. Niyə onlar pulu düşünmədən xərcləyirlər və gələcək haqqında düşünmək istəmirlər?", - müəlliflər bildiriblər. 

"Bloomberg" redaktorları qeyd edir ki, təxminən 30 yaşlı amerikalıların 27 faizi bu gün üçün yaşamağa üstünlük verir və gələcək üçün pul yığmır. Onların fikrincə, bu yolla onlar ərzaq və kirayə və mənzil alqı-satqısının yüksək qiymətlərindən yaranan stress səviyyəsini azaltmağa nail olurlar.

"İqtisadiyyat dəhşətli vəziyyətdədir, dünyada qlobal istiləşmə, daimi siyasi və sosial iğtişaşlar yaşanır. Sadəcə olaraq, pulu bizə dərhal məmnuniyyət verəcək şeylərə xərcləmək daha asan olur", - KİV qeyd edib.