Nigeriyanın şimal-şərqindəki Borno əyalətində şübhəli islamçı üsyançılarla atışma zamanı azı dörd polis həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə AP məlumat yayıb. 

Borno əyalət polisinin sözçüsü Nahum Daso Kennet bildirib ki, silahlı şəxslər Qaciram şəhərinə hücum ediblər. Üsyançılarla polislər arasında toqquşma olub.