"Space X" Alper Gezeravcı və onu müşayiət edən astronavtların Yerə dönüşünün əlverişsiz hava şəraiti səbəbindən bir daha təxirə salındığını açıqlayıb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, "Dragon" kapsulunun ən tez fevralın 6-da stansiyanı tərk edəcəyi bildirilib.

Astronavt Gezeravcı və qrupun səfərinin təxminən 13 saat davam etməsi gözlənilir.