İrəvanda avtomobilin yük yerində meyit tapılıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, ölən şəxs amansızcasına qətlə yetirilib.

Bıçaq zərbələrindən meyitin üzü tanınmaz haldadır.

Ölən şəxsin kimliyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.