Moskva vilayətinin polisi vergidən yayındığına görə beynəlxalq axtarışa verilən tikinti şirkətinin baş direktorunu saxlayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Hazırda saxlanılan şəxs müstəntiqlərə təhvil verilib.

“Mövcud məlumatlara görə, 44 yaşlı Podolsk sakini üç ildən artıq tikinti şirkətinin baş direktoru vəzifəsində çalışaraq dövlət büdcəsinə 57 milyon rubldan çox vergi köçürməyib. 2015-ci ildə istintaq orqanları iş adamına qarşı prosessual qərar qəbul edib, lakin o, yoxa çıxıb. 2016-cı ildə Moskvanın Babuşkinski Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib", - deyə Rusiya DİN-in məlumatında deyilir.