Şimali İrlandiyada Bellaqi kəndi yaxınlığındakı bataqlıqların birində 2 min ildən çox əvvəl ölmüş yeniyetmənin qalıqları aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Şimali İrlandiya Polis Xidmətinin saytında məlumat verilib.

Nadir tapıntı İrlandiya Milli Muzeyinə təhvil verilib.

Meyit yerin bir metr altında torf bataqlığında basdırılıb. Qeyri-adi olan isə insan qalıqlarının yaxşı qorunub saxlanılması idi: belə ki təkcə sümüklər deyil, həm də meyit üzərində qismən dəri, dırnaqlar və bir böyrək qalıb. 

Arxeoloqların fikrincə, bu, 13-17 yaş arası bir kişi olub. O, eramızdan əvvəl 500-cü ildə erkən dəmir dövründə yaşayıb. Onun ölüm səbəbi hələ müəyyən edilməyib.