İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində həlak olan fələstinlilərin sayı 27,4 minə yaxınlaşır, 66,6 mindən çox insan isə yaralanıb.

"Unikal" xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi yayıb.

“Ötən ilin oktyabrından bəri İsrail təcavüzü qurbanlarının sayı 27 365 nəfərə yüksəlib, daha 66 630 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində anklavda ən azı 127 nəfər ölüb, daha 178 nəfər yaralanıb. Ölənlərdən bəzilərinin cəsədləri dağıntılar altındadır və həkimlər hələ onlara çata bilmir", - deyə məlumatda bildirilir.