Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe "Real Madrid"ə keçidi üçün ilkin şərt qoyub.

"Unikal" xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Mənbənin sözlərinə görə, forvard 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında oynamaq istəyir.

Məsələ ondadır ki, yarışlar FİFA-nın rəsmi pəncərələrindən kənarda keçirilir, ona görə də oyunçular yarışmaq üçün icazə almalıdırlar. Kral klubu fransalının olimpiya oyunlarında iştirakını müqavilə imzalamadan əvvəl təsdiqləsə, Mbappe Real Madridə keçməyə hazırdır.

Fevralın 3-də mətbuatda Mbappenin "Paris Sen-Jermen" və "Real" arasında seçim etdiyi xəbəri yayılmışdı. Buna uyğun olaraq 25 yaşlı futbolçu PSJ ilə müqaviləsini yeniləməyəcək və 2024-cü ilin yayında Real Madridə keçəcək.