“Abdullahiyana dedim ki, öz əməllərinə görə cavab verəcəksən”

“Unikal" xəbər verir ki, bu barədə "Sunday Times” qəzeti məumat yayıb. Bu gün Britaniyanın xarici işlər naziri Devid Kemeron qəzetə müsahibəsində deyib: 

“Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi qüvvələri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər. Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla söhbət etdim. Proksi qüvvələri sizə bağlıdır, siz onlardan boyun qaçıra bilmərsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə  cavab verəcəksiniz”, - deyə, Kemeron əlavə edib.