"A Love Tale - Ferhat and Şirin" filmində rol alan Türkan Şoray və Alla Sigalova 46 ildən sonra yenidən görüşəcəklər.

"Unikal" xəbər verir ki, Şoray illər sonra getdiyi Qırmızı Meydandan paylaşım edib.

Baş rollarda Türkan Şoray, Alla Sigalova və Faruk Pekelin oynadığı 1978-ci ildə çəkilmiş "Bir Aşk Masalı - Ferhat ile Şirin" filmi Moskvada kinosevərlərlə görüşəcək.

Film fevralın 3-də Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun ev sahibliyi ilə Moskva Mədəniyyət Nazirliyi, Moskva Yunus Əmrə İnstitutu, Rusiya Federasiyası Kinematoqrafçılar Birliyi və Moskva Şimal kinoteatrının birgə təşkilatçılığı ilə “Dom Kino” kinoteatrının tarixi böyük zalında səhnələşdiriləcək. 

Şoray Qırmızı Meydandan paylaşımına: "İllər sonra, Moskvanın Qırmızı Meydanında..." şərhini yazıb.

Türkiyə-Rusiya birgə istehsalı olan film rus dilində türkcə subtitrlərlə yayımlanacaq.