Ermənistanda həbsxanalarda 199 əcnəbi var.

"Unikal" xəbər verir ki, onların arasında Peru, Yəmən, Sudan və Banqladeş vətəndaşları olsa da, siyahıya qonşu ölkələrin başçılıq edəcəyi gözlənilir.
Onların əksəriyyəti İran vətəndaşlarıdır - 59. İkinci yerdə Rusiya Federasiyası vətəndaşlarıdır - 38 nəfər, üçüncü yeri Gürcüstan və Türkiyə nümayəndələri bölüşürlər - hər biri 14 nəfər.
Həbsdə olanlar arasında həmçinin aşağıdakı ölkələrin vətəndaşları var: Peru – 2, Qvatemala – 1, Braziliya – 3, Dominikan Respublikası – 1, Moldova – 5, Latviya – 1, Hollandiya – 1, Yunanıstan – 2, Kipr – 1, Venesuela – 1, Livan – 2, Hindistan – 6, İraq – 4, Küveyt – 1, Banqladeş – 2, Əlcəzair – 1, Yəmən – 1, Mərakeş – 1, Misir – 13, Sudan – 2, Əfqanıstan – 4, Suriya – 3 , İsrail – 1, Cənubi Koreya – 1, Çin – 2, ABŞ – 1, Türkmənistan – 1, Ukrayna – 1, Tacikistan – 3, Özbəkistan – 2, Qazaxıstan – 2, Qırğızıstan – 1.