Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra ulduzların ölkədən getməsi ilə bağlı aşıqlama verib. 

"Unikal" xəbər verir ki, diplomatdan “TV Center” kanalının efirində “Bi-2” qrupu, Alla Puqaçova və digər sənətçilərlə bağlı vəziyyəti şərh etməsi xahiş edildikdə, Zaxarova bildirib ki, onları “şeytan yoldan çıxarıb”.

“Şeytan onları yoldan çıxardı” deyə gözəl bir ifadə var. Bütün bunlar xalqın müdrikliyidir”, - deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, “Kiyev rejimini dəstəkləyən” sənətçilərin vətəndaş mövqeyi onların əleyhinə işləyir.