Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Avropadakı siyasətçilərin Rusiya ilə müharibəyə başlaması ilə bağlı açıqlamalarına münasibət bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, onlar diqqəti daxili problemlərdən yayındırmaq istəyirlər.

Kreml rəsmisi onu da qeyd edib ki, amerikalı siyasətçilərin zorakılığı müsbət bir şeylə əlaqələndirmək vərdişi ruslara yaddır. Bundan əlavə, o, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın döyüş meydanında Moskva üçün “gözəl sürprizlər” haqqında bəyanatını Dövlət Departamentinin rəhbəri Hillari Klintonun 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin ölümünə güldüyü epizodla müqayisə edib.