İsrailin Mayamidəki baş konsulunun 19 yaşlı oğlu Avraham Gil sürücülük hüququ olmadan avtomobil idarə etdiyi və polisə müqavimət göstərdiyi üçün saxlanılıb.

"Unikal" xəbər verir ki, hadisə ötən gün Florida ştatının Sunny Isles Beach-də baş verib. 

Lisenziyası olmadığı halda motosikletini sürən və yoxlama zamanı polisin saxla xəbərdarlığına tabe olmayaraq polisi qəsdən vuran Gil saxlanılıb. Sürücülük vəsiqəsi və motosikletində dövlət nömrə nişanı olmayan Gil barəsində istintaq başladılıb. 

Polisə zorakılıq göstərdiyi üçün saxlanılan Gilin toxunulmazlığının tətbiq edilməyəcəyi bildirilib. Polisdən üzr istəyən Gilin fevralın 26-da hakim qarşısına çıxaca. Gilin vəkili müvəkkilinin toxunulmazlığının olduğunu açıqlayıb. Lakin ABŞ Dövlət Departamentinin məlumatına görə, konsulluq toxunulmazlığı konsulluq nümayəndələrinə yalnız məhdud toxunulmazlıq verir və onları yalnız vəzifələri ilə bağlı cinayət təqibindən qoruyur.

Gültəkin Ələsgər