İranda hər il 150 min insan xərçəngə yoluxur.

"Unikal" xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Xərçəng Xəstəliyi ilə Mübarizə İdarəsinin rəisi Leyla Moadbeşuar ölkədə hər il 150 min insanın xərçəng xəstəliyinə yoluxduğunu deyib. 

Onun sözlərinə görə, İranda ən çox yayılmış xərçəng döş xərçəngi, ikinci yerdə isə yoğun bağırsaq, mədə, ağciyər və prostat xərçəngi gəlir.

Məlumata əsasən, müxtəlif xərçəng növlərinin səbəbləri sırasında piylənmə, siqaret, infeksiyalar, həyat tərzi və qeyri-sağlam qidalanma dayanır.