Qəzza zolağında əməliyyat başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın 24 batalyonundan 17-ni məhv edib, qalan bölmələr isə anklavın cənubunda fəaliyyətini davam etdirir.

"Unikal" xəbər verir ki , bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib .

“Bu günə qədər 24 batalyondan 17-ni məhv etmişik. Qalan batalyonların əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahda yerləşir, biz onlara da çatacağıq”, – siyasətçi hökumətin iclasında bildirib.

Netanyahunun sözlərinə görə, HƏMAS-ı tamamilə məhv etmək üçün radikal hərəkat qüvvələrinin “təmizləmə əməliyyatını” başa çatdırmaq və yeraltı infrastrukturu tamamilə məhv etmək lazımdır.

Baş nazir qeyd edib ki, İsrail bütün məqsədlərinə çatana qədər Qəzzada müharibəyə son qoymayacaq: HƏMAS-ın ləğvi, bütün girovların geri qaytarılması və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmayacağına dair zəmanətlərin əldə edilməsi. 

Bundan əvvəl İsrail hərbçilərinin Qəzza zolağında Həmas bankının yeraltı anbarından pul və sənədləri müsadirə etdiyi bildirilirdi.