Rusiyalı kosmonavt Oleq Kononenko kosmosda qalma müddətinə görə dünya rekordu qırıb.

"Unikal" xəbər verir ki, Kononenko “kosmosda ən uzun müddət qalan insan” titulunun sahibi Gennadi Padalkanın rekordunu qırıb.
Bu yaxınlarda ABŞ-ın SpaceX şirkəti tərəfindən kosmosa göndərilən və ilk türk astronavtı Alper Gezeravcını Beynəlxalq Kosmik Stansiyada qarşılayanlardan biri olan rus kosmonavt Oleq Kononenko kosmosda keçirdiyi ümumi müddətə görə dünya rekordu qırıb.

Rusiyanın rəsmi kosmos agentliyi Roskosmosun Telegram kanalında verdiyi açıqlamada rus kosmonavt Oleq Kononenkonun kosmosda ümumi qalmaq baxımından yeni rekorda imza atdığı və digər rus kosmonavtı Gennadiy Padalkanı geridə qoyduğu vurğulanıb. Agentlik daha əvvəl Kononenkonun fevralın 4-də 878 gün keçərək kosmosda ən çox vaxt keçirən şəxs olacağını bildirmişdi.

Bundan əvvəl bu titul 1998-2015-ci illər arasında 5 kosmosa uçuşu ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 28 saniyə davam edən Padalkaya məxsus idi.
2008-ci ildə Beynəlxalq Kosmik Stansiyaya ayaq basan Kononenko hazırda beşinci missiyasındadır.

Kononenkonun missiyasının daha altı ay davam edəcəyi və daha sonra sentyabrın 23-də Soyuz MS-25 ilə Yerə dönəcəyi məlum olsa da, onun iyunun 5-də kosmosda cəmi min gün keçirən ilk insan olacağı gözlənilir. 

Gezeravcının da olduğu Ax-3 komandası Beynəlxalq Kosmik Stansiyada Expedition 70 komandası tərəfindən qarşılanıb. Kononenko 70-ci ekspedisiyada da iştirak edir.