Belarus Silahlı Qüvvələri cənub istiqamətində dövlət sərhədinin mühafizəsini gücləndirib.

"Unikal" xəbər verir ki, bunu Belarus SQ-nin xüsusi əməliyyatlar briqadası komandirinin müavini Vadim Bobileviç deyib.

“Bəli, doğrudan da, hazırda briqadamız öz qüvvələrinin bir hissəsi ilə dövlət sərhədinin cənub istiqamətindəki bölmələrindən birinin (Ukrayna ilə sərhəd orada yerləşir) möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirir. Tapşırıqları yerinə yetirmək üçün biz bütün lazımi silah və texnika ilə təmin olunmuşuq”, - deyə o qeyd edib.