Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Mi-8” helikopteri qəzaya uğraması nəticəsində 3 ekipaj üzvü həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN yayıb. 

Helikopterin Oneqa gölü üzərində qəzaya düşdüyü və batdığı bildirilir. Qəzanın ilkin səbəbləri olaraq ekipajın səhvi, hava şəraiti və texnikanın nasazlığı nəzərdən keçirilir.

***08:52

Kareliyada, Oneqa gölündə Rusiya FHN-in itmiş Mi-8 helikopterinin qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

"Mi-8 helikopterinin qalıqları sahildən 11 km aralıda tapılıb. Tapıntının olduğu yerdə gölün dərinliyi 40-50 m arasında dəyişir", - məlumatda deyilir.