Kütləvi qruplara qarşı mübarizəsinə görə medianın tələbi ilə özünü “dünyanın ən sərt diktatoru” elan edən El Salvador prezidenti Nayib Bukele seçkilərdə qalib gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" xəbər verir. 

O,  seçkidə 85 faiz səs topladığını bəyan edib. Rəsmi səslərin sayılması hələ də davam edir. 

Bukele 2019-cu ildə El Salvadorun prezidentliyini təhvil alıb. O, hakimiyyətə gəldikdən sonra yüksək cinayətkarlıqla mübarizə planını açıqlayıb. Xüsusilə, fövqəladə vəziyyət tətbiq edilib və dəfələrlə uzadılıb. Bu da vətəndaş hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. 2023-cü ilin noyabr ayına qədər, ümumilikdə 6,5 milyonluq ölkə əhalisinin təxminən hər yüz vətəndaşından biri həbs edilib.

Gülayə Mecid