"Şimali Koreya nüvə zərbəsi texnologiyası üzərində işləyir. Bu, birbaşa dünya və Yaponiya üçün təhlükədir".  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib. 

"Şimali Koreya, deyəsən, nüvə silahı olan qanadlı raket hücumu üçün texnologiya əldə etməyə çalışır. Onun bu texnologiyanı yaradıb-yaratmadığını anlamaq üçün hərtərəfli təhlil lazımdır”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki,  KXDR fevralın 2-də qanadlı raketin ultra iri döyüş başlığını, eləcə də yeni zenit raketinin sınaq buraxılışını sınaqdan keçirmişdi.

Gülayə Mecid