İsrailin Moskvadakı yeni səfiri Simone Halperin qəbuledilməz bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"İsrail səfirinin Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən açıq bəyanatları ilə əlaqədar olaraq Halperin Xarici İşlər Nazirliyinə dəvət olunacaq", - nazirlik qeyd edib.