️İrəvanın Erebuni rayonunda partlayış zamanı 2 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki,  dağıntılar altından qadın və kişi cəsədi çıxarılıb.

 Ərazidə axtarış işləri davam edir.

***12:23

İrəvanın rayonlarından birində güclü partlayış baş verib.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki,  hadisə nəticəsində iki fərdi yaşayış evi dağılıb. Dağıntılar altında insanların qaldığı bildirilir. 

Əraziyə aidiyyatı qurumlar cəlb olunub. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Gülayə Mecid