Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Baş nazir vəzifəsini müvəqqəti olaraq Roman Sklyara həvalə olunub. Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Gülayə Mecid