Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Cənub Hərbi Dairəsinin 49-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı, rusiyalı general Yakov Rezantsevə qarşı cinayət işi açıb.

"Unikal" xəbər verir ki, bu barədə SBU-nun "Telegram" kanalında deyilir.

Ukrayna xüsusi xidmət orqanları Rezantsevə qarşı “Təcavüzkar müharibə aparmaq” cinayət maddəsi ilə bəzi sübutlar topladığını iddia edir. Qeyd olunur ki, Rusiya qoşunları məhz bu generalın komandanlığı altında Xerson vilayətinə nəzarəti ələ keçirib.

Gülayə Mecid