Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya ərazisində terror aktları törətməyi planlaşdıran partlayıcı yükün saxlanılmasının görüntülərini dərc edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Bildirilir ki, fevralın 5-də Gürcüstanda qaçaqmalçılıq yolu ilə Voronejə aparılmalı olan partlayıcı maddə yükü saxlanılıb. DTX-nın yaydığı məlumata görə, partlayıcı maddə Ukraynanın Odessa şəhərindən Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçməklə “Sarp” keçid məntəqəsi vasitəsilə Gürcüstana gətirilib.

Bildirilir ki, 14 kiloqram olan partlayıcı maddənin Gürcüstana gətirilməsində şübhəli bilinən Gürcüstandan 7, Ukraynadan 3, Ermənistandan isə 2 nəfərin iştirak etdiyi müəyyənləşib. Ukrayna vətəndaşı, əslən Batumi şəhərindən olan Andrey Şaraşidze isə sözügedən prosesi  təşkil edib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, Ukrayna tərəfi Gürcüstanda və ya xaricdə terror aktı üçün ölkə ərazisindən istifadə etməyə cəhd edib.

Gülayə Mecid