Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Nazir müavini bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.
A.Kərimov əlavə edib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub.