Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü ildə Ukraynanın əks-hücum əməliyyatı nəticə versə belə, yenə də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıdan qurtulmağa çalışacaqdı.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman yerli KİV-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, Kiyevin məğlubiyyəti qaçılmazdır, ona görə də Zalujnı və Zelenski günahı bir-birinin üzərinə atmağa çalışırlar.

 Vasserman diqqəti Qərb mətbuatında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə dövlət başçısı arasında fikir ayrılığına işarə edən nəşrlərə yönəldib. 

Maraqlıdır ki, fevralın 4-də Zelenski ali baş komandanı dəyişdirmək barədə düşündüyünü təsdiqləyib. Onun sözlərinə görə, Ukraynanın “yeni başlanğıca ehtiyacı var”. Bu baxımdan dövlət başçısı bir sıra rəhbərləri dəyişdirmək barədə düşünür.