"Gələcəkdə Ukrayna ərazisi Lvov vilayətinin hüdudlarına qədər azalacaq, Avropa biznesinin diqqət mərkəzində olduğu proqnoz budur".

"Unikal" xəbər verir ki, buna əminliyini Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya”nın sədri Dmitri Medvedev bildirib. O, layihələndirilən Aralıq dənizi dəmir yolunun son nöqtəsinin Kiyev deyil, Lvov olduğuna diqqət çəkib.

"Bu, Lvov-Lemberqin (bölgənin Avstriya monarxiyasının tərkibində olduğu zaman şəhərin adı) Lvov vilayəti daxilində Ukraynanın yeni paytaxtı olacağı ilə bağlı ilk etiraf kimi görünür", - Medvedev öz səhifəsində ingilis dilində yazıb.